Pentaqon Səudiyyəyə əlavə ordu yerləşdirəcək – “İranın qarşısı alınmalıdır”

27-09-2019, 07:50           
Pentaqon Səudiyyəyə əlavə ordu yerləşdirəcək – “İranın qarşısı alınmalıdır”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Mark Esper Səudiyyə Ərəbistanı ərazisində əlavə Amerika ordusunun və müdafiə sistemlərinin yerləşdirilməsi məsələsini vəliəhd şahzadə Mühəmməd bin Salmanla müzakirə edib. Pentaqon başçısının və Səudiyyə şahzadəsinin telefon danışığı sentyabrın 25-də baş tutub. Bu barədə «Saudi Press Agency» (SPA) dövlət agentliyi xəbər verib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl, sentyabrın 14-də krallığın neft obyektlərinə edilən hücumdan sonra, yüzlərlə amerikalı əsgər və zabitin Səudiyyə Krallığı ərazisində yerləşdirilməsinə icazə verib.

«ABŞ müdafiə naziri qeyd edib ki, İranın bölgədə gərginliyə səbəb olan təcavüzkar siyasətinə son qoyulmalıdır» – SPA-nın xəbərində deyilir.

Varis şahzadə Mühəmməd də öz növbəsində, Səudiyyənin neft zavodlarına olan hücumu «bütün dünya üçün təhlükəli gərginlik» adlandırıb.

Bundan əvvəl, çərşənbə günü Səudiyyənin yüksək çinli diplomatı Adel əl-Cübeyr bəyan edib ki, krallıq «yəqin» bilir ki, hücumda istifadə olunmuş silah «İranda istehsal olunub». Nyu-Yorkda görüş zamanı əl-Cübeyr öz çıxışında İran İslam Respublikasını «Yəmən də daxil, ərəb ölkələrinə qarşı sui-qəsddə və onları məhv etmək cəhdləri göstərməkdə günahlandırıb».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.