Rusiyalı biznesmen oğullarına milyarder statusu verdi

27-09-2019, 09:49           
Rusiyalı biznesmen oğullarına milyarder statusu verdi
Rusiyalı biznesmen Aleksey Mordaşov oğulları Kirill və Nikita dollar milyarderləri statusu verib.

“Qafqazindo” “Forbes”ə istinadən xəbər verir ki, iş adamı əvvəlcə TUİ turoperatorundakı hər biri 1,14 milyard dollar olan hissələrini övladlarına bağışlayıb. Daha sonra isə “Nordgold” şirkətində onlara pay verib. Mordaşov hələ fevraldan bildirmişdi ki, bu addımla o, oğullarını “məzənnə işi”nə qoşmaq və bu işdə onları özünün varisi etmək istəyir. Hazırda biznesmenin övladlarının hər biri 1,77 milyard dollar sərvətə sahibdir.

Qeyd edək ki, Aleksey Mordaşov 20,5 milyard dollar sərvətlə ən zəngin rusiyalılar siyahısında dördüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru