Ərəb ölkəsi İsraillə BMT-də İrana qarşı birləşdi

27-09-2019, 10:00           
Ərəb ölkəsi İsraillə BMT-də İrana qarşı birləşdi
İsrail və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri BMT-də İran əleyhinə çıxış ediblər.

Axar.az xəbər verir ki, hər iki nazir çıxışları zamanı İranı terrorizmdə ittiham edərək, dünya ictimaiyyətini Tehrana təzyiq göstərməyə çağırıb.

Tribunda çıxış edən İsrail XİN rəhbəri İsrail Kats SEPAH-ı terror təşkilatı adlandırıb:
“BMT gərək Hizbullah və SEPAH-ı terror təşkilatları elan etsin. Onlar Yaxın Şərqdə, Avropada, Latın Amerikasında və bütün dünyada terrorizmi təşviq edirlər. Dünya onları dayandırmalıdır. Beynəlxalq ictimaiyyət ABŞ Prezidenti Donald Trampın siyasətini tam müdafiə etməlidir. İranı bu gün dayandırmalıyıq ki, sabah müharibə olmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru