Milyarderin cəsədi kanalizasiyadan tapıldı - Şok hadisə

28-09-2019, 00:02           
Milyarderin cəsədi kanalizasiyadan tapıldı - Şok hadisə
Bir həftə əvvəl -20 sentyabr cümə günü Hollandiya vətəndaşı, yəhudi mənşəli 71 yaşlı milyarder Tob Koenin cəsədi Keniyanın Kitisura şəhərindəki bir yaşayış binasının kanalizasiyasından tapılıb.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, mərhumun cəsədində yara izləri aşkar edilib. Daha sonra milyarderin qətldə şübhəli bilinən arvadı, keniyalı Sara Vairimu həbs olunub. Sentyabrın 24-də Koen Nayrobidə bir yəhudi qəbiristanlığında dəfn edilib.

Tob Koen iyulun 19-da itkin düşüb. Bundan az sonra isə dul qalmış Sara Vairimu guya "müalicə üçün" Tailanda gedib. Daha sonra o, Keniyaya qayıdıb. Həbs olunduqdan sonra Vairimu günahını qəti şəkildə rədd edir.

Keniya mediası ittihamnamənin oktyabrın 1-də məhkəmədə təqdim olunacağını yazır. Prokurorluq işin məhkəməyə verilməsini təxirə salmaqda israr edir, çünki dövlət ittihamçısı məsələsi hələ də həll edilməyib.

Tob Koenin mirasına, xüsusən təxminən 4 milyon dollara başa gəldiyi deyilən villasına xüsusi diqqət yetirilir. Yayılan məlumatlara görə, milyarder həmin villanı bu həftə Nairobiyə gələn bacısı Qabrielaya miras qoyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.