İran prezidenti:"ABŞ danışıqlar müqabilində bütün sanksiyaları ləğv etməyi təklif etmişdi"

28-09-2019, 01:40           
İran prezidenti:"ABŞ danışıqlar müqabilində bütün sanksiyaları ləğv etməyi təklif etmişdi"
Prezident Həsən Ruhani cümə günü Birləşmiş Ştatların İranla danışıqlar müqabilində ona qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini vəd etdiyini, lakin İranın hələ heç bir qərar vermədiyini deyb. Prezident Donald Tramp isə bunun əksini bildirir.

Nyu Yorkda BMT-nin Baş Assambleyasında çıxış etidkdən sonra geri dönən Ruhani Birləşmiş Ştatlar rəsmiləri ilə Almaniya, Britaniya və Fransanın təkidi ilə görüşdüyünü deyib.

“Danışıqlar Birləşmiş Ştatların hansı sanksiyaları qaldıracağı barədə idi və onlar bütün sanksiyaları qaldıracaqlarını dedi,” Ruhani ozünün rəsmi web səhifəsində bildirib.

İran prezidenti ölkəsinin danışıqlara hazır olduğunu, lakin sanksiyalar və təzyiqlər altında buna getməyəcəyini bildirib.

Prezident Donald Tramp isə yazdığı tvitdə İranın ona sanksiyaları qaldırmaq müqabilində danışıqlar təklif etdiyini, onun isə bunu rədd etdiyini yazıb.

Ruhani Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşməyib. Buna görə də Avropa Birliyi və Körfəz ölkələri rəsmiləri Vaşinqtonun İran iqtisadiyyatına qarşı sanksiyaları sərtləşdirəcəyini düşünür.

ABŞ sanksiyaları İran iqtisadiyyatını ciddi şəkildə sarsıdıb. Neft satışına qoyulan qadağalar ölkə iqtisadiyyatın kiçilməsi ilə müşayiət olunub. (amerikaninsesi.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.