Hindistan-Pakistan müharibəsinin – Şok nəticələri

6-10-2019, 13:11           
Hindistan-Pakistan müharibəsinin – Şok nəticələri
ABŞ-ın elm adamları Pakistan və Hindistan arasında 2025-ci ildə baş verə biləcək nüvə müharibəsinin nəticələrini dəyərləndirib.

Teref.az xəbər verir ki, bu barədə “Arş Texnika” adlı saytda məlumat yayılıb.

Elm adamları nüvə müharibəsinin 2025-ci ildə baş verə biləcəyini proqnozlaşdırıblar, tərəflərin hər birində 400-500 nüvə silahı olduğunu ehtimal edirlər.

Araşdırmaya əsasən, Hindistan 100 strateji raketlə Pakistana hücum edəcək, qarşı tərəf də 150 raketlə buna cavab verəcək. Bu vəziyyətdə cəmi bir həftə ərzində 50-125 milyon arası insan həlak olacaq.

Tədqiqatın nəticələrinə görə, nüvə müharibəsi əhəmiyyətli dərəcədə iqlim dəyişikliyinə səbəb olacaq. Nüvə partlayışlarının ardından karbon tərkibli aerozollar, xüsusən də 10 milyon ton sabun meydana gələcək. Troposferin yuxarı qatlarına yüksələcək bu kütlə qlobal soyuma ilə nəticələnən günəş şüalarını udmağa başlayacaq. /Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru