İranda İmam cümənin ofisi, Səhiyyə İdarəsi və İcra Hakimiyyətinin binaları yandırılıb

6-10-2019, 13:12           
İranda İmam cümənin ofisi, Səhiyyə İdarəsi və İcra Hakimiyyətinin binaları yandırılıb
Lordeqan əhalisi “Çinar Məhəmmədi” kəndinin bir qrup sakininin iynə vasitəsilə QİÇS virusuna yoluxmasına görə bu gün etiraz aksiyaları keçirib.



Eirazçılar ilkin olaraq İcra Hakimiyyəti və Səhiyyə İdarəsinin qarşısında dinc aksiya keçirərək, rəsmilərin məsələ ilə bağlı açıqlama vermələrini tələb ediblər. Qarşılığında isə onlara heç bir cavab verilməyib və Çevik Polis Alayı etirazçıları döyməyə başlayıb.



Bundan qəzəblənən insanlar imam cümənin ofisi, Səhiyyə İdarəsi və İcra Kakimiyyətinin binaları, eləcə də Çevik Polis Alayına məxsus bir neçə maşını yandırıblar.



Polis isə qəzəbli kütləni dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Nəticədə onlarla insanın yaralandığı deyilir.



Xatırladaq ki, bir neçə gün öncə “Çinar Məhəmmədi” kəndinin bir qrup sakininin HIV virusuna yoluxmasıyla bağlı məlumatlar yayılmışdı. Kənd əhalisi bildirirdi ki, 2 ay öncə şəkər analizi vermək üçün onların hamısı əyalət xəstəxanasında olublar. Lakin həkimlər analiz zamanı istifadə edilmiş iynələr işlədiblər. Nəticədə bir qrup insan HİV virusuna yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru