İsrail HHQ Qəzza zolağına hava zərbələri endirib

2-11-2019, 06:00           
İsrail HHQ Qəzza zolağına hava zərbələri endirib
İsrail aviasiyası Qəzza zolağında silahlılarının mövqelərinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, İsrailin hava zərbələri bir qədər avvəl anklavdan ölkə ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib.

Məlumata əsasən, ötən gecə Qəzza zolağından İsrail ərazisinə 10 raket buraxılıb, bunlardan 8-i "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi vasitəsi ilə zərərləşdirilib. Raketlərdən biri ölkənin cənubundakı Sderot şəhərində yaşayış binasına düşüb.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb, binaya maddi ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru