Tramp ABŞ-ın Daxili Təhlükəsizlik naziri vəzifəsini kimin icra etdiyini açıqlayıb

2-11-2019, 08:10           
Tramp ABŞ-ın Daxili Təhlükəsizlik naziri vəzifəsini kimin icra etdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp cümə günü Kevin Makelinenanın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefasından sonra bu vəzifəni Çed Vulfun i icra etdiyini açıqlayıb.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, Tramp Çedin bu vəzifəyə təsdiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib: "Hazırda o, Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edir. Onun bu posta təsdiq edilməsini gələcək göstərəcək”.

ABŞ prezidenti əlavə edib ki, Ağ Ev Vulfun bu vəzifəni noyabrın 11-dən - Veteranlar Günündən sonra tam icra etməyə başlayacaq.

Tramp deyib ki, bu müddət ərzində Kevin Makelinena vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Qeyd edək ki, Kevinin istefası oktyabrın 11-də Tramp tərəfindən elan edilmişdi.
Çed Vulf un bundan əvvəl sözügedən qurumda şöbə müdirinin müavini vəzifəsində çalışdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru