“Bloomberg”:"Rusiyadan Venesuelaya 315 milyon dollar vəsait göndərilib"

2-11-2019, 19:43           
“Bloomberg”:"Rusiyadan Venesuelaya 315 milyon dollar vəsait göndərilib"
Rusiya 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayına qədər Venesuelaya 315 milyon ABŞ dolları məbləğində vəsait göndərib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu vəsaitlər nağd formada, dollar və avro olmaqla 6 aviareyslə göndərilib və Venesueladan olan kreditorlar vasitəsilə “Bandes” bankına yatırılıb.

“Bloomberg” hesab edir ki, bu, Venesuelanın xaricdə saxladığı, eləcə də vaxtilə Moskva banklarından neftin tədarükü və qızılın satışı hesabına əldə olunmuş pullar ola bilər.

WhatsAppFacebookFacebook MessengerTwitterShare












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru