Amerikalı senatordan ŞOK ETİRAF: "Soyqırımı" qətnaməsini Kardaşyan qəbul etdirib"

2-11-2019, 21:31           
Amerikalı senatordan ŞOK ETİRAF: "Soyqırımı" qətnaməsini Kardaşyan qəbul etdirib"
ABŞ Senatının üzvü Ceki Şpeyer Nümayəndələr Palatasında bir neçə gün əvvəl qondarma "erməni soyqırımı”na dair qətnamənin qəbul edilməsinə yönəlik maraqlı məqama toxunub.
Teref.az yenicag.az-a istinadən xəbər verir ki, Ceki Şpeyerin sözlərinə görə, "soyqırımı” qətnaməsinin qəbuluna erməni əsilli telestar Kim Kardaşyanın ciddi təsiri olub.
Senator ermənilərin "gizli silahı” adlandırdığı Kardaşyanın həmin qətnamənin qəbulu üçün konqresmenlərlə bir-bir görüşdüyünü, nəticədə məqsədinə nail olduğunu bildirib.
Kardaşyan məlum qətnamənin qəbulundan sonra sosial şəbəkə hesablarında Türkiyə və Azərbaycandan olan istifadəçilərin sərt təpkisi ilə qarşılaşan "qələbə paylaşımları” da edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru