Gürcüstanlı ekspert: “Ruslar Çeçen müharibəsində…”

6-12-2015, 11:43           
Gürcüstanlı ekspert: “Ruslar Çeçen müharibəsində…”
Rusiyanın Türkiyəyə qarşı apardığı informasiya savaşı mənasız və gülməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Gürcüstandan olan ekspert Oleq Panfilov söyləyib. Onun sözlərinə görə, Moskvanın bu siyasəti bir dəlinin təkadamlıq kameradakı sayıqlamalarına bənzəyir:

“Rusiyanın indiyə qədər apardığı informasiya savaşlarının ən lazımsızı Türkiyə ilə olandır. İkinci Çeçen müharibəsi başlayanda artıq Moskvanın təbliğatı hazır idi. Onlar bunun üçün 3 il çalışmışdılar və əsas şüar da uduzulan müharibəyə görə qisas almaq idi. Həmin dövrdə Rusiya xüsusi xidmət orqanları xarici jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələrini ələ keçirməklə ictimaiyyətdə çeçen terrorçusu obrazı yaradırdılar. İkinci müharibəni başlayanda Putin Çeçenistanı sadəcə olaraq jurnalistlər üçün bağladı. Səbəb isə heç kimin bombardmanlar, çeçenlərin kütləvi oğurlanması və çoxsaylı qətllər haqqında məlumat almaması idi. Amma indi Kremlin təbliğatı təsir etmir. İsterika dayanmır və çox güman ki, yaxın zamanlarda da dayandığını görməyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.