"TikTok"la bağlı şok iddia: İstifadəçi məlumatları satılır
4-12-2019, 00:02
“TikTok”la bağlı şok iddia: İstifadəçi məlumatları satılır“TikTok”la bağlı şok iddia: İstifadəçi məlumatları satılır
ABŞ-ın Kaliforniya ştatında “istifadəçi məlumatlarının gizliliyini pozaraq şəxsi məlumatların Çinə satılması” iddiası ilə “TikTok” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
Teref.az-ın məlumatına görə, “TikTok”u məhkəməyə verən universitet tələbəsi Misty Honq tətbiqi yüklədiyini, lakin hesab açmadığını, paylaşmadığı videoları şirkətin gizli əldə etdiyini iddia edir.
“TikTok” istifadəçilərin razılığı olmadan şəxsi məlumatları reklam və mənfəət üçün satmaqda və haqsız qazanc əldə etməkdə ittiham olunur.
Xatırladaq ki, 2017-ci ildə Çinin texnologiya şirkəti “ByteDance” tərəfindən yaradılan sosial şəbəkə platforması “TikTok”un dünyada, təxminən, 500 min aktiv istifadəçisi var./Report/