MOSSAD-ın yeni rəhbəri məlum oldu

8-12-2015, 14:43           

İsrailin baş naziri Binyamin Netanyahu MOSSAD kəşfiyyat xidmətinə yeni rəhbər təyin edib.

İslaminsesi.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, MOSSAD-ın yeni rəhbəri mövcud Milli Təhlükəsizlik Şurasının sədri Yossi Cohen təyin olunub.

Coheh yanvar ayının 1-dən Mossad Kəşfiyyat Xidmətinə sədrlik edən Tamir Pardodanı əvəz edəcək.

Qeyd edək ki, 54 yaşlı Cohen 1982-ci ildə MOSSAD kəşfiyyat xidmətinə qatılıb. 2011-2013-cü illər arası Mossad Kəşfiyyat Xidmətininin sədr müavini vəzifəsində çalışıb.

Rəsmi olaraq 1947-ci ilin sentyabrın 18-da yaradılan və mərkəzi İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Mossad Kəşfiyyat Xidməti, İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və professional işçi heyətlərindən birinə malikdir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.