ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib

16-12-2019, 03:30           
ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib
Çinin Vaşinqtondakı səfirliyinin iki əməkdaşı deportasiya edilib.

APA “New York Times” qəzetinə istinadən xəbər verir ki, rəsmi Vaşinqton səfirlik əməkdaşlarının ABŞ-ın Vircinya ştatındakı gizli hərbi bazasına kəşfiyyat məqsədilə daxil olduqlarına görə belə bir addım atıb.

Nəşrin yazdığına görə, həyat yoldaşları ilə birlikdə sözügedən əraziyə daxil olan çinlilərə xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymayıb. Elə bu səbəbdən də yerli hakimiyyət orqanları sentyabr ayında səfirlik əməkdaşlarını ölkədən deportasiya edib.

Qeyd edək ki, oxşar hadisə 1987-ci ildə də baş verib. O zaman da Cinin səfirlik əməkdaşları ABŞ-dan çıxarılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru