Bu həftə Moskvada havanın temperaturu 140 ilin rekordunu vuracaq
17-12-2019, 01:45
Teref.az AZƏRTAC-a istinadən bildirir ki, Moskva Meteoroloji Bürosunun məlumatına görə, bu həftənin ortalarında Rusiya paytaxtında müsbət 5 dərəcə isti olacaq. Bu, 140 il ərzində ən yüksək göstəricidir. İsti hava bütün həftə davam edəcək.
Meteoroloqların rəyinə görə, Moskvada hazırkı hava şəraiti oktyabr ayına uyğundur.