Rusiya bildirir ki, ilk dəfə olaraq Suriyadakı İslam Dövləti (İD) qruplaşması hədəflərini sualtı qayıqdan atılmış raketlərlə vurub. Rusiyanın Müdafiə naziri Sergei Shoigu dekabrın 8-də deyib ki, Kalibr raketləri Aralıq dənizindəki Rostov-na-Donu sualtı qayığından buraxılıb.
Prezident Vladimir Putin-lə televiziyada yayımlanan görüş zamanı Shoigu deyib ki, son hücumlarda Tu-22 bombardmançıları da iştirak edib, son 3 gündə 60 döyüş zərbəsi həyata keçirib.
Pentaqon Rusiyanın bu hücumları barədə öncədən məlumat verdiyini bildirir.