Rusiyanın Baş Qərargah rəisi: “NATO genişmiqyaslı münaqişəyə hazırlaşır”

18-12-2019, 07:29           
Rusiyanın Baş Qərargah rəisi: “NATO genişmiqyaslı münaqişəyə hazırlaşır”
“NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər alyansın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir”.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə görüşündə deyib.

“NATO-nun Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərinin sularında hərbi fəaliyyəti güclənir və alyansın hərbi təlimlərinin intensivliyi artır. Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsi üzrə hazırlıqları göstərir. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”.

General bildirib ki, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və 2024-cü ilə qədər bu rəqəmin 400 milyard dollara qədər artırılması planlaşdırılır.

Onun sözlərinə görə, problemli məsələlərin həlli üçün Rusiya ilə NATO arasında qarşılıqlı əlaqəni bərpa etmək zəruridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru