"New York Times" Trampın şok məktubunu yayımladı - Məktubun əsli
18-12-2019, 16:06
ABŞ prezidenti Donald Trampın, Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə yazdığı məktub ortaya çıxıb.
Yeniavaz.com nytimes.com-a istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampa qarşı vəzifəsindən şəxsi mənfəətlər üçün istifadə etdiyi və konstitusiyaya zidd addımlar atdığı üçün impiçment iddiasının hazırlanması ilə bağlı təlimat verimişdi. Vəzifəsindən kənarlaşdırılma təhlükəsi yaşayan Donald Tramp ona qarşı irəli sürülən iddiaların yalan olduğunu açıq şəkildə bildirmək üçün Nensi Pelosiyə məktub göndərib. Tramp məktubda, ona yönəldilən iddialara qarşı ən sərt şəkildə etiraz etdiyini bildirib:
"Mənim günahlandırılmağım ABŞ tarixində bənzəri görülməmiş güc istismarıdır. Ukrayna prezidenti ilə tamamən xoş niyyətli bir görüşümüzün baş tutduğunu bilirsiniz. Zelenski ilə görüşdə ABŞ-ın mənafeyini həmişə üstün tutmuşam. Co Baydenin ABŞ büdcəsindən oğurladığı milyonlarla dollar pulu Ukraynada necə istifadə istifadə etdiyini də bilirsiniz. Bunun sübutları da var. Gəlin birlikdə ABŞ xalqı üçün yaxşı işlər görək. Sizə və tərəfdarlarınıza impiçmenti dərhal dayandırmağınızı tövsiyə edirəm. Bunu edəcəyinizə heç bir ümidim olmadığı halda məktubu tarixə düşməsi üçün yazıram. Qoy, yüz il sonra insanlar bu işə baxıb ibrət götürsünlər və heç bir prezidentin başına belə bir hadisə gəlməsin"