ABŞ Senatının komitəsi Rusiyaya qarşı böyük sanksiyalar paketi qəbul edib

19-12-2019, 06:04           
ABŞ Senatının komitəsi Rusiyaya qarşı böyük sanksiyalar paketi qəbul edib
ABŞ Konqresi Senatının Xarici İşlər üzrə Komitəsi Rusiya əleyhinə böyük sanksiyalar paketini bəyənib.

"Report" xəbər verir ki, bu barədə TASS-a komitənin ictimaiyyətlə mətbuatla əlaqələr üzrə direktoru Xuan Pexon bildirib.

Qanun layihəsi xüsusi halda, ABŞ prezidenti Donald Trampın öhdəsinə Rusiyanın suveren borcuna qarşı məhdudiyyətlər tətbiq etməyi qoyur.

"Bəli, komitə bu qanun layihəsini qəbul edib", - deyə Xuan Pexon qeyd edib.

Təşəbbüsü 17 senator bəyənib, 5 qanunverici sənədə qarşı çıxıb. Onlar arasında komitə sədri Ceyms Riş (Aydaho ştatından respublikaçı) də olub. Onun sözlərinə görə, Rusiya "sanksiyalara düşməyə layiqdir və bununla bağlı həqiqətən daha çox səy qoymaq lazımdır.

Ancaq respublikaçının fikrincə, bu təşəbbüsdə məhdudiyyətlər "fövqəladə dərəcədə genişdir" və "çox yayğın"dır. Riş güman edir ki, Tramp diplomatik tədbirlər kompleksini daramadağın edəcək" və gözlənilməyən nəticələrə gətirib çıxara biləcək bu qanun layihəsinə veto qoyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru