ÇİN RUSİYANI TACİKİSTANDAN SIXIŞDIRIR - Pamirdən çıxardıb

19-12-2019, 01:24           
ÇİN RUSİYANI TACİKİSTANDAN SIXIŞDIRIR - Pamirdən çıxardıb
Tacikistan hakimiyyətindən dəstək alan Çin məqsədli şəkildə Rusiyanı strateji maraq zonasından sıxışdırır. Söhbət Dağlıq-Bədəxşan Muxtar Vilayəti (DBMV) olan Pamirdən gedir.

Dağlıq-Bədəxşan Muxtar Viayətinin sədri Yodqor Fayzov bu yaxınlarda Pamirdə Çinin konsulluğunun açılma imkanlarından söhbət açıb. Konsulluğun açılma ideyası heç bir sual yaratmazdı, əgər Dağlıq Bədəxşanda, Tacikistanın yeganə muxtar vilayətində, digər ölkələrin də nümayəndəlikləri olsaydı.

Misal üçün, Rusiyanın, Avropa dövlətlərinin və ya Amerka Birləşmiş Ştatlarının (ABŞ). Nədən ki, DBMV-i əhalisinin böyük qismi bu ölkələrə əmək mirasiyası edib. Hələlik, isə belə nümayəndəliklər yoxdur. Üstəlik də hakimiyyət hətta burada ATƏT-in nümayəndəliyinin açılmasına belə icazə verməyib. Bölgədə yeganə olaraq, Əfqanıstanın konsulluğu var.

İlk baxşda belə görünə bilr ki, Rusiya Tacikistanın strateji həmkarı olaraq, digərləri ilə müqayisədə bəzi imtiyazlara malikdir. Ancaq onun Pamirdə konsulluğu yoxdur - hakimiyyət hətta «əməkdaşlıq» çərçivəsində «Pamir klubu»nun açılmasına belə, icazə verməyib.

DBMV əhalisi Rusiyaya böyük etimadla yanaşır. Çünki 19-u əsrdə Pamir ərazisi Rusiya imperiyasına mənsub olub. Öz vaxtında Rusiya Pamir əhalisinin əfqanların və Buxara əmirliyinin zorakılınğına qarşı müdafiəçisi olub. Çini isə heç kim çağırmayıb. O, Tacikistan hakimiyyətinin Çin hakimiyyəti qarşısında yaranmış nəhəng borcuna görə, gəlib.

Çin Tacikistan hakimiyyəti ilə birgə məqsədli və planlı şəkildə Rusiyanı onun strateji maraqları zonasından artıq uzun illərdir ki,sıxışdırıb çıxardır. Rusiya və Tacikistan arasında əldə olunmuş razılaşmaya görə, 2004-cü ilə qədər Dağlıq-Bədaxşan Muxtar Vilayəti rayonunda sərhədi Rusiya sərhədçiləri qoruyublar.

2004-cü ilə Çinin «iştirakı» ilə buna son verilib. Bu da onunla izah edilib ki, bu, beynəlxalq müqaviləyə ziddir (dövlətin sərhədini yad ordu qoruya bilməz). Hə qədər ki, rusiyalı sərhədçilər ərazini tərk etməmişdilər, çinlilər Düşənbə-Horoq- Kulma avtomobil yolunu açmaqdan imtina edirdilər.İndi bu yol Çini Tacikistanla birləşdirir.

Hələ rusiyalı sərhədçilər DBMV-də olduğu vaxtda, 2000-ci illərin əvvəlində, Tacikistan və Çin «Sərhədin demarkasiyası və ərazi mübahisələrinin tənzimlənməsi barədə» saziş imzalayıblar. Həmin sazişə əsasən, Tacikistan min kvadrat kilometrlik Murqabas rayonu ərazisini (Pamirdə) Çinə verib.

Sazişə uyğun protokol Tacikistan tərəfindən 2011-ci ildə ratifikasiya olunub. Tacikistanın ərazisi nəzərə alınsa, bu, kiçik ərazi deyil. Ancaq respublika XİN bu sazişi «tacik diplomatiyasının qələbəsi» adlandırıb.

Nədən ki, hələ iki əsr bundan əvvəl Çin tərəf 28,5 min kvalrat kilometrik əraziyə iddia edirdi. Ancaq Tacikistan ictimaliyyətinin bir çox nümayəndələri hakimiyyəti Konstitusiyanın 7-ci maddəsini polmaqda günahlandırdı. Həmin maddədə deyilir ki, «Tacikistan ərazisi bölünməzdir və toxunulmazdır».

2010-cü ilin aprelində Tacikistan hökuməti Çin Xalq Respubllikası (ÇXR) torpaq nazirliyinin geoloji və ehtiyatlar xidməti ilə Tacikistanın geologiya Baş idarəsi arasında «Sərhəd zonaslarında birgə geoloji tədqiqaitların aparılması barədə» sazişi təsdiqləyib. Bu sənəd çərçivəsində nədənsə, nəinki yalnız sərhədyanı rayonlar, həm də Pamirin dərinliklərindəki ərazilər tədqiq olunub. Bu saziş çərçivəsində işlər 6 ildən artıq bir müddətə aparılıb.

Həmin müddət ərzində, çinli mütəxəssislər tacik geoloqlarla birlikdə DBMV ərazisinin geokimyəvi tədqiqatını aparıblar. Sovet alimlərinin işlərinə söykənərək, onlar ərazidə ən azı 47 faydalı qazıntı mədənini müəyyən edərək, xəritəyə salıblar. Tək bircə mövsümdə onlar Pamirdən 2,5-5,0 tona qədər dağ süxuru aparıblar. Analizləri ÇXR-da aparıblar, çünki Tacikistanda lazımi avadanlıq yoxdur.


Şərqi Pamirdə gümüş mədəni var - Bozor Dərə. Bura ehtiyatlarına görə, dünyada 4-cü yeri tutur. Çinlilər orada 2015-ci ildən çalışırlar. Orada üçmərtəbəli sex tikilib, 70 kilometr yol çəkilib. Ancaq yalnız 14 iyun 2019-cu il tarixində Tacikistan parlamenti bu sazişi ratifikasiya edib.

Sənədə əsasn, Çinin «Kaşn Sinyui Dadi Mayninq İnvestment» şirkəti gümüş mədəninin işlənilməsinə başlayıb. Respublika rəhbərliyi bu şirkəti bütün vergiləri ödəməkdən və avadanlıq, texnika gətirərkən, gömrük ödənişlərindən növbəti 7 ildə azad edib.

Hazırda Çin ordusu Tacikistan sərhədində patrul xidməti keçir. Bu gedişlə Çin adlı nəhəng Tacikistanı tədricən «udacaq». Nədən ki, ona genişlənmək hava-su kimi lazımdır. Rusiyadan da müəyyən ərazilər müxtəlif bəhanələr altında «qoparılacaq»…

Hazırladı: Mirzə AĞ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.