İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevanı ələ saldı - FOTO

19-12-2019, 17:56           
İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevanı ələ saldı - FOTO
İngiltərənin məşhur “The Guardian” qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi “Christmas quiz” başlıqlı sorğunu aparıb.
Sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib.
Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.
Belə ki, nəşr 56 yaşlı Hacıyevanın fotosunu paylaşaraq ironik şəkildə “Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşı Zamira Hacıyeva xərcləmə vərdişinə dair polis araşdırmasına görə, “Harrod”da sendviçlərə nə qədər pul xərcləyib?” sualını ünvanlayıb. Üç bənddən ibarət isə (320, 32 000, 332 000 funt sterlinq) cavab haqqı verilib.

Məlum olduğu kimi, Z. Hacıyeva 10 ildən artıq müddət ərzində bir çoxu həyat yoldaşının bankına aid olan 54 kredit kartından istifadə edərək, “Harrods” mağazasından 16 milyon funt sterlinqlik alış-veriş edib.
Hacıyevanın işlətdiyi çeklərə əsasən müəyyənləşib ki, o, mütəmadi olaraq dizayner Tom Diksonun bahalı sendviç kafesinə baş çəkib. Maraqlısı odur ki, hazırda fəaliyyət göstərməyən bu kafedə qızardılmış donuz əti və cips ilə hazırlanmış bir sendviçin qiyməti 13,90 sterlinq təşkil etsə də, Hacıyeva bu məkanda 738 334 manat (332 min sterlinq) xərcləməyə müvəffəq olub. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru