Bu ölkədə istilər rekord vurur - 41,9 dərəcə

20-12-2019, 05:00           
Bu ölkədə istilər rekord vurur - 41,9 dərəcə
Dekabrın 18-də Avstrliyada orta hesabla 41,9 dərəcə isti qeydə alınıb.

Trend-in məlumatına görə bu, ölkə tarixində ən yüksək göstərici hesab olunub.

Bir gün əvvəl isə 40,9 dərəcə temperatur müşahidə olunmuşdu.

Beləliklə, ölkədə bir həftə ərzində iki dəfə rekord istilər qeydə alınıb.

Bundan əvvəl, rekord göstərici 2013-cü il yanvarın 7-də qeydə alınmışdı. Həmin gün ölkə ərazisində orta hesabla 40,3 dərəcə isti qeydə alınmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.