İdlib uğrunda böyük savaş hazırlanır - Suriya ordusu əmr gözləyir
20-12-2019, 02:49
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya ordusu «İdlib zonası»nın cənubunda miqyaslı hücum əməliyyatına hazırıq işlərini başa çatdırıb. Hökumət ordusu komandanlığındakı mənbəyə isttinadla, bu barədə Suriya KİV-i xəbər verib. Suriya ordusunun adının açınlanmasını istəməyən nümayəndəsi danışıb ki, artıq iki gündür, aviasiya və artilleriya «böyük İdlib» bölgəsində döyüşçülərin mövqelərinə zərbələr endirir.
«Ordu bölmələri İdlibin azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün tam hazırdır. Biz, əmr gözləyirik. Əmr İdlib uğrunda böyük savaşın harada başlanacağını müəyyən edəcək» - deyə, hərbi mənbə xəbər verib.
Aydındır ki, hücumun cəbhənin məhz hansı səmtində başlanacağı barədə məlumat verilmir. Bu arada yerli şərhçilər ehtimal irəli sürüblər ki, gələcək hücumun ən aktual istiqaməti cəbhənin cənab-şərqi və ya şərqi olacaq.
Bu ehtimalın təsdiqi kimi, Rusiya və Suriya aviasiyasının son 3 gündə endirdiyi zərbələri əsas götürmək olar. Hava hücumlarının böyük qismi məhz «İdlib zonası»nın şərq hissəsində lokallaşır. Bu barədə dekabrın 19-da «Voyennıy obozrevatel» portalı yazıb.
Türkiyə mənbələrinin məlumatına görə, Suriya ordusu ağır texnikanı və silahları İdlib zonası sərhədlərinə cəmləşdirir. Əlavə zirehli tank birlikləri, artileriya və canlı qüvvə «böyük İdlibin» şərqində və cənubunda yerləşdirilib. Eyni zamada, 25-ci diviziyanın dəstələri də əraziyə cəlb olunub.
Bu arada yayılan xəbərlərə görə, yerli əhali artıq bu hazırlıqlara uyğun reaksiya verir.
{{photo-undefined-ea425e76-3f09-4ada-8171-af2d6793b8dd}}Bu barədə Türkiyə prezidenti R.T.Ərdoğan bildirib. Onun sözlərinə görə, artıq Türkiyə-Suriya sərhədinə 50 min qaçqın cəmləşib.
Dekabrın 19-da Malayziya paytaxtında «İnkişaf prioritetləri və çağırışlar» mövzusunda keçirilən panel müzakirələri zamanı Əoölğan bəyan edib ki, terrorçuluqla sözdə yox, işdə mübarizə aparılmalıdır.
Onun sözlərinə görə, Ankaranın «təhlkəsizlik zonası» yaradılması barədə çağırışları xaricdə özünə dəstək tapmır. Türkiyə lideri xatırdadıb ki, bu zaman müəyyən ölkələr o saat Suriyaya silah göndərilməsi barədə təkliflərə səs verirlər.
«Hazırda Türkiyə sərhədində 50 mindən çox qaçqın İdlibdəki təhlükəsizlik zonasında yerləşib. Artıq Türkiyədə 4 milyon qaçqın var, Suriya ilə sərhəddə isə daha 50 min gözlənilir» - deyə, Ərdoğan bildirib.