Paşinyanın bu səhvi Putini əsəbləşdirdi - Sammitdə gərgin anlar - VİDEO

21-12-2019, 00:02           
Paşinyanın bu səhvi Putini əsəbləşdirdi - Sammitdə gərgin anlar - VİDEO
Avrasya İqtisadi İttifaqının Sankt-Peterburq şəhərində keçirilən sammitində gərgin anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan üzv ölkələrin rəhbərlərini salamladıqdan sonra protokolu pozub ve Rusiya prezidenti Vladimir Putinə söz verməyib. O, birbaşa sənədlərin imzalanmasına keçməyi təklif edib. Bu hərəkəti ilə Putini acıqlandıran Paşinyan daha sonra çıxış üçün Rusiya prezidentinə söz verib. Lakin Putin çıxış etməkdən imtina edib.

Ermənistanın baş naziri bu hərəkəti ilə Rusiya ilə bərabərhüquqlu dövlət olduğunu göstərməyə çalışıb və ikitərəfli münasibətlərə ciddi zərbə vurub.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı (AAİİ) 2014-cü ildə yaradılmış beynəlxalq iqtisadi təşkilatdır. AAİİ-yə beş ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan. Moldova müşahidəçi statusundadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru