Rusiya bu qətnaməyə veto qoydu

21-12-2019, 10:29           
Rusiya bu qətnaməyə veto qoydu
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Almaniya, Belçika və Küveytin Suriyaya sərhəddən humanitar yardımın göstərilməsinin daha bir il müddətinə uzadılması ilə bağlı qətnamə layihəsinə veto qoyub.

"Report" xəbər verir ki, 13 ölkə Qərbin tərtib etdiyi sənədinin lehinə səs verib. Lakin, Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya və Çin isə sənədin əleyhinə səs verdiyinə görə veto qoyulub.

Söhbət əhaliyə yardım göstərmək istəyən BMT-nin humanitar qurumlarının rahat keçə biləcəyi üç keçid məntəqəsindən (İraq və Türkiyə ilə sərhəddə) gedir. Bu keçid məntəqlərindən humanitar qurumlar Suriya hökumətindən razılıq almadan keçə bilirdi.

Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru