Hərkəsə hislərini dinc şəkildə ifadə etməsini arzu edirəm.
Axar.az xəbər verir ki, bunu Livanın sabiq baş naziri Saad Həriri deyib. Etirazçılara səslənən S.Həriri hər kəsin hisslərini ifadə etmək hüququ olduğunu söyləyib:
“Çünki ordu bizim ordumuzdur. Eyni şey təhlükəsizlik qüvvələrinə də aiddir. Ümid edirəm ki, hər kəs vəziyyəti sülhlə ifadə edəcəkdir. Biz Rafiq Həririnin (Livanın sabiq baş naziri) övladlarıyıq. Müəyyən bir üsluba alışmışıq və buna diqqət edəcəyik. İstərdim ki, məsləhətləşmələr xeyirlə başa çatsın”.
Digər tərəfdən Həririnin sədri olduğu Gələcək Hərəkatı yeni qurulacaq hökumətdə yer almayacaqlarını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 17-də Livanda başlayan kütləvi etiraz aksiyaları oktyabrın 29-da Saad Həriri başda olmaqla koalisiya kabinetinin istefasına gətirib çıxarıb.