Trampdan Putinə gizli dəstək - 22 səhifəlik məktub
22-12-2019, 11:46
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, o, Rusiyaya xələfi Obamadan daha sərt yanaşır. Lakin elə bu günlərdə Trampın tərəfdarlarının qətiyyətlə Moskvaya yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxdıqları aydın olub.
Teleqraf.com xəbər verir ki, bu fikirlər The Daily Beast nəşrindəki məqalıdə yer alıb.
"Çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmisi Senatın yüksək çinli nümayəndəsinə 22 səhifəlik məktun göndərib. Məktubda Rusiyaya sanksiyalarla bağlı yeqnin qanunun əleyhinə geniş arqumentlər gətirilib. Bu qanun layihəsi bu il Ağ Evin sadiq müttəfiqi, senator Lindsi Qrem tərəfindən hazırlanıb. Administrasiyanın məktubunda isə deyilir ki, əgər bir sıra ciddi dəyişikliklər edilməzsə, onlar bu qanun layihəsinin əleyhinədirlər. Məktibda bildirilir ki, bu qanun zəruri deyil və ABŞ-ın Avropadakı müttəfiqləri ilə münasibətlərinə zərbə vura bilər. Nəticədə ABŞ-ın Rusiyaya qarşı əvvəlki sanksiyalarına transatlantik dəstək aradan qalxa bilər", - The Daily Beast nəşrindəki məqalıdə bildirilir.