İranda məktəblər bağlandı

24-12-2019, 00:00           
İranda məktəblər bağlandı
İranın bir neçə vilayətində hava çirkliliyi səbəbi ilə məktəblərin fəaliyyəti dayandırılıb.

Hava çirkliliyi səbəbi ilə İranın Tehran vilayətinin Dəmavənd və Firuzkuh rayonları istisna olmaqla bütün məktəbləri 26 dekabra qədər fəaliyyətini dayandırıb.

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Mərkəzi, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Xuzistan və digər vilayətlərində bir çox məktəblər və bir sıra universitetlər hava çirkliliyinə görə fəaliyyətini dayandırıb.

Ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara, xüsusilə də ürək-damar xəstələrinə, yaşlılara, hamilə qadınlara və uşaqlara uzun müddətə mənzildən çıxmamağı məsləhət görüb.

İranın böyük və sənaye şəhərlərində havanın keyfiyyət indeksi ilə orta hesabla çirkliliyin 150 mikrondan yuxarı olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru