Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir

24-12-2019, 06:36           
Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir
Boliviyanın sabiq prezidenti Evo Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir.

"Report"un məlumatına görə, Boliviyanın sabiq dövlət başçısı RİA "Novosti" xəbər agentliyinə bildirib ki, prezident seçkilərinin birinci turunda partiyası "Sosializmə doğru hərəkat"dan olan namizədin qələbəsinə bel bağlayır.

"Bizim gözləntimiz odur ki, qalib gələcəyik, birinci turda qalib gələcəyik. "Sağ"ların "Sosializmə doğru hərəkat"a yaratdığı problemlərə baxmayaraq, bütün sorğularda partiyamız birinci yer tutur və bu böyük üstünlükdür", - o deyib.

"Sosializmə doğru hərəkat"ın Boliviyada yazda keçiriləcək seçkilərində namizədi partiyanın 29 dekabrda təşkil oluncaq qurultayında müəyyən ediləcək. Qurultay Boliviya ila sərhəddə - Argentinada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru