Rusiyanın dünyada analoqu olmayan YENİ SİSTEMİ: ABŞ-ın kosmosu vuran raketlərini də geridə qoyur - FOTO
24-12-2019, 10:14
“Vityaz S-350” hava hücumundan raket sisteminin dünyada bənzəri yoxdur.
Publika.az xəbər verir ki, mütəxəssislər sistemin Rusiyanın müdafiə qüvvəsini əhəmiyyətli dərəcədə artıracağını, gələcəkdə isə xarici ölkələrin diqqət göstərdiyi ixrac məhsuluna çevriləcəyini düşünür.
“Almaz-Antey” müdafiə şirkəti tərəfindən istehsal edilən sistem artıq Müdafiə Nazirliyinə təhvil verilib. Ordudakı mövcud “S-300” sistemlərinin yerinə keçirmək üçün istehsal edilən “Vityaz” qurudakı mülki hədəflərə, sənaye bölgələrinə və əhəmiyyətli hərbi nöqtələrə təyyarə, raket və ya Pilotsuz Uçuş Aparatları ilə təşkil edilən hava hücumlarına qarşı qalxan rolunu oynayır.
“Almaz-Antey” şirkəti tərəfindən istehsal edilmiş son dərəcə güclü fünksiyalara sahib çoxistiqamətli radiolakasiya ilə təchiz olunmuş “S-350 Vityaz”da “9М100”, “9М96/9М96М” və “9М96Е2” orta və yaxınmənzilli raketlər var.
“S-350”lər paralel zamanda 16 aerodinamik və 12 ballistik hədəfi vurma potensialına sahibdir. Hədəfi məhv etmə məsafəsi 1,5-60 km arasında dəyişir. Şaquli mənzil isə 5 metrdən 30 kilometrə qədərdir.
“Russia Today”a açıqlama verən hərbi ekspert Yuri Knutov “S-350 Vityaz” sisteminin qlobal xüsusiyyətlərinin ballistik hədəfləri birbaşa məhv etməsini mümkün etdiyini bildirib: “ABŞ-ın “Patriot” və AEGIS sistemləri kosmosda ballistik hədəfləri vura bilir, amma aerodinamik hədəflərə atəş aça bilmir. “S-350 Vityaz”ın isə belə xüsusiyyəti var. Bu, “S-300”dən vurulan hədəf sayı baxımından daha üstündür”.
Digər bir hərbi ekspert Viktor Litovkin isə “S-350” sisteminin dünyada bənzərinin olmadığını vurğulayıb.