Qaşıqçının oğlundan kritik açıqlama

24-12-2019, 10:23           
Qaşıqçının oğlundan kritik açıqlama
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda xüsusi amansızlıqla qətlə yetirilən jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının ölümündə təqsirli bilinən 5 nəfərə edam cəzası verilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Salah məhkəmə qərarının adətən, ədalət və prosesin sürəti kimi iki prinsipə əsaslandığını deyib:

"Haqsızlıq və gecikmə olmayıb. Bu gün ədalət bərpa olunub. Bizlər mərhum Camal Qaşıqçının övladlarıyıq. Bütün səviyyələrdə Səudiyyə mühakiməsinə inamımızı, qərarın ədalətli olduğunu təsdiqləyirik. Allaha həmd olsun".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Qaşıqçının qəddarlıqla öldürülməsinə dair prosesdə 5 nəfərin edam, 3 nəfərini isə 24 il müddətində azadlıqdan mərhum edilməsi barədə qərar çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru