Putin Polşa səfirini “əclaf” adlandırdı

24-12-2019, 21:05           
Putin Polşa səfirini “əclaf” adlandırdı
Əclaf, antisemit donuz. Onu başqa cür adlandırmaq olmaz.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Polşa səfirinin Varşavada Hitlerə abidə ucaltma təklifini xatırladarkən deyib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, söhbət İkinci Dünya Müharibəsində Almaniyadakı Polşa səfirindən və nasistlərin yəhudiləri Avropa ölkələrindən Afrikaya qovma planlarından gedir.

“Hitler 1938-ci ildə yəhudilərin Afrikaya qovulmasını təklif etdi. Polşa səfiri razılaşdı və ona abidə ucaltmağı təklif etdi”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti sözlərini 30-cu illərin sənədindən çıxarışla təsdiqləyib.

RF Dövlət başçısı çıxışı zamanı Rusiyada İkinci Dünya Müharibəsində döyüşən ata və babaların da xatirəsini yad edib.

Qeyd edək ki, Polşa İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Çexoslovakiyanın bölünməsində fəal iştirak edib. //virtualaz.org//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru