2020-ci ildə bu postsovet ölkəsi parçalana bilər - Perenciyev

25-12-2019, 16:51           
2020-ci ildə bu postsovet ölkəsi parçalana bilər - Perenciyev
2020-ci ildə bu postsovet ölkəsi parçalana bilər - Perenciyev


2020-ci ildə rəsmi Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacaq, belə ki, Ukraynaya yeni ərazi iddiaları irəli sürmək üçün pusquda gözləyən ölkələr var.

Axar.az xəbər verir ki, bu barədə ”Xarkov” xəbər agentliynə müsahibə verən Q.V.Plexanov adına Rusiya Dövlət İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Donbasın Ukraynaya qaytarılması prosesi uğursuzluğa məhkumdur.

“2020-ci ildə Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacaq. Polşa və Macarıstanın ərazi iddiaları qeybə çəkilməyib və bu səbəbdən növbəti “Maydan” baş versə, qərb əraziləri də Ukraynadan ayrılacaq. Növbəti üsyan və ya çevrilişin başlanması isə mümkündür, belə ki, Kiyevdə siyasi mübarizə hökm sürür və əgər hakimiyyətə radikallar gəlsə, bəzi regionlar daha güclü dövlətlərin himayəsi altına keçəcək. Qərb Krım ssenarisini diqqətlə araşdırıb və bunu tam şəkildə Ukraynanın qərb ərazilərində gerçəkləşdirə bilər”, - deyə ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.