Şimali Koreyanın hidrogen bombası var

10-12-2015, 11:40           
Şimali Koreyanın hidrogen bombası var
Şimali Koreya lideri Kim Çen İn ölkəsinin hidrogen bombasına sahib olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Xəbərə görə, Pxenyanda silah zavoduna baş çəkən Kim ölkənin hərbi qüdrətini artırmaq üçün var gücü ilə çalışacaqlarını bildirib:

“Biz vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək qüdrətli dövlətə çevrilmişik”.

Qeyd edək ki, bu vaxta qədər Şimali Koreyanın hidrogen bombasına sahib olması ilə bağlı heç bir məlumat yox idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.