Makron birinci, Merkel ikinci – Tramp və Ərdoğana isə inam yoxdur

26-12-2019, 00:00           
Makron birinci, Merkel ikinci – Tramp və Ərdoğana isə inam yoxdur
Almanlar arasında populyarlığa görə sonuncu yerdə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan qərarlaşıb

Almaniya vətəndaşları bu ölkənin Kansleri Angelə Merkeldən daha çox Fransa Prezidenti Emmanuel Makrona güvənir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Berliner Morgenpost" nəşri "Kantar" araşdırma şirkətinin rəy sorğusuna əsasən xəbər verir.

Sorğunun nəticələri göstərir ki, almanların 57%-i Makrona, 54% isə Merkelə simpatiya ilə yanaşır. Bu arada respondentlərin 44%-i kanslerə, 32%-i isə prezidentə inamının az olduğunu bildirib.

Almanlardan 7 ölkənin liderinə olan münasibətləri soruşulub.

Almanlar arasında populyarlığa görə sonuncu yerdə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Bu iki şəxsi rəyi soruşulanların 6 faizi dəstəkləyir.

Rusiya Prezidenti Vladimir Putin siyahının ortasında qərarlaşıb.

Sorğu 12-19 dekabr tarixlərində Almaniyanın 1024 sakini arasında keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru