Maraqlı olay: Təyyarə sərnişinləri 2019-cu ilə qaytardı

1-01-2020, 11:54           
Maraqlı olay: Təyyarə sərnişinləri 2019-cu ilə qaytardı
Yeni Zelandiyaya məxsus “Eyr Nyu Zeland” aviaşirkətinin sərnişinləri sözün əsl mənasında zamanda səyahət ediblər. Onlar təyyarənin göyərtəsinə 1 yanvar 2020-ci ildə qalxaraq, onu 2019-cu ildə tərk ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Flaytradar24” portalı məlumat yayıb.

Məsələ bundadır ki, Yeni Zelandiya ilə Fransa Polineziyası arasında 23 saat fərqi vardır. “Boinq 787-9 Drimlayner” Oklend şəhərini tərk edərkən saat 09:55 və Taiti adasının Papeete şəhərinə eniş edərkən isə 31 dekabr 2019-cu il 15:55 zamanını göstərib. Uçuş vaxtı cəmi 4,5 saat təşkil edib.

Məlumata əsasən, daha bir anoloji hadisə Tokio - Los Anceles reysilə baş verib. Təyyarə 1 yanvar 2020-ci il tarixdə Yaponiyadan havaya qalxıb və 2019-cu ildə ABŞ-a eniş edib. Sərnişinlər yeni ili təkrar qeyd etmək üçün kifayət qədər zamana sahib olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru