ABŞ-ın başçılıq etdiyi koalisiya İraqda hərbi əməliyyatları dayandırıb

4-01-2020, 08:12           
ABŞ-ın başçılıq etdiyi koalisiya İraqda hərbi əməliyyatları dayandırıb
ABŞ-ın başçılıq etdiyi İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiya Bağdadda general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularına təlimi dayandırıb.

“Report” xəbər verir ki, bu barədə bundesverin komandanlığının hərbi missiya məsələləri üzrə başçısı general-leytenant Erix Pfefferanın məktubuna istinadən “Reuters” agentliyi məlumat yayıb.

Pfeffer bundestaqın üzvlərinə məktubunda bildirib ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

"Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb", - Pfeffer bildirib.

O, əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru