İran tarixində ilk: Müharibə bayrağını qaldırdı - Video
4-01-2020, 21:29
İran müharibə elanı anlamına gələn qırmızı rəngli bayrağı Cəmkəran məscidində dalğalandırıb.
Teref.az Publika.az-a istinadla xəbər verir ki, qırmızı bayrağın dalğalandırılmasına İran dövləti tarixində ilk dəfədir rast gəlinir.
Məlumata görə, bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədardır. Tehran bu addımı ilə müharibədə olduğunu göstərib.
Qeyd edək ki, Cəmkəran məsçidi Qum şəhərindən 5 kilometr məsafədə yerləşir. Yerli sakinlər məscidi on ikinci imam Mehdinin göstərişi ilə inşa olunduğunu iddia edir.