Zelenski: "Ukrayna Aİ-də Böyük Britaniyanın yerini tuta bilər"

23-01-2020, 02:52           
Zelenski: "Ukrayna Aİ-də Böyük Britaniyanın yerini tuta bilər"
Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderlərinə gözlənilməz təklif verib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, Ukraynanın Böyük Britaniyanın əvəzinə Aİ-yə üzv ola biləcəyi deyib. “Biz gələcəyimizi Avropa İttifaqında görürük. Avropa İttifaqı Ukrayna üçün nə etməlidir? Sadəcə Ukraynanı Avropa İttifaqına qəbul edin. Bunlar çox çətin olsa da mənə çox asan görünür. Biz Aİ ilə Assosiasiya sazişi imzaladıq. Bu qurumda kursu dəstəkləyirik. Amma biz başa düşməliyik ki, təkcə Ukrayna Avropa İttifaqına daxil olmağı istəmirr”, – deyə Zelenski bildirib. Bununla yanaşı, o, Aİ-nin bir çox liderlərinin Ukraynanı dəstəklədiyini və onun gələcəyini öz yanlarında gördüyünü söyləyib. “Bir çox ölkələr bizi dəstəkləyir və Ukraynanın gələcəyini Aİ-də bərabərhüquqlu tərəfdaş kimi görürlər.

Lakin Aİ və bəzi ölkələr də bizi Avropa İttifaqında görmək istəyir”,- deyə Ukrayna Prezidenti əminliklə vurğulayıb. O, həmçinin Ukraynanın Aİ-yə üzvlüyü haqda düşünməyin vaxtının çatdığını da qeyd edib. “Məsələ Aİ-də nə zaman olacağımız deyil. Məsələ ondadır ki, Ukrayna Avropa İttifaqında hansı statusu alacaq … İndi çox əlverişli vaxtdır, ola bilər ki, bir ölkə exit edib, başqa bir ölkə üçün enter etmək vaxtıdır?” – Zelenski əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.