Çində Uhan sakinlərinə “koronavirus 2019-nCoV” virusu ilə bağlı şəhərdən çıxmaq qadağan ediləcək

23-01-2020, 08:10           
Çində Uhan sakinlərinə “koronavirus 2019-nCoV” virusu ilə bağlı şəhərdən çıxmaq qadağan ediləcək
Çin hakimiyyəti yanvarın 23-ündən etibarən yeni “koronavirus 2019-nCoV” virusunun səbəb olduğu pnevmoniya xəstəliyi üzündən Hubei əyalətinin inzibati mərkəzi olan Uhan sakinlərinin şəhərdən çıxmasına müvəqqəti qadağa qoyacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Çin Mərkəzi Televiziyasının çərşənbə günü yayımladığı xəbərdə bildirilib ki, şəhərdə ictimai nəqliyyatın, hava limanının və qatar stansiyalarının işi dayandırılacaq.

Pnevmoniyanın yayılması ilə mübarizə məqsədilə yaradılmış xüsusi təcili yardım qərargahının məlumatında bildirilib ki, yanvarın 23-də saat 10:00-dan etibarən Uhan şəhərində metro, bərə və uzun məsafəli reyslərdə ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılır: “Heç bir səbəbə görə sakinlər şəhəri tərk etməməlidirlər. Qadağanın aradan götürülməsi vaxtı açıqlanacaq”.

Qeyd edək ki, hazırda Çində yeni növ “koronavirus 2019-nCoV” virusuna yoluxmuş pnevmoniyalı xəstələrin sayı 473 nəfərə çatıb. Dövlət Səhiyyə Komitəsi 9 nəfərin öldüyü barədə məlumat yayıb. Ölkənin 1,4 minə yaxın sakini karantin tədbirlərinə cəlb edilib. Hakimiyyət orqanlarının bildirdiyinə görə, virusa yoluxma halları ölkənin daha 12 bölgəsində də qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.