ABŞ rəhbəri “Twitter”də gün ərzində paylaşım sayına görə rekorda imza atıb

23-01-2020, 07:25           
ABŞ rəhbəri “Twitter”də gün ərzində paylaşım sayına görə rekorda imza atıb
ABŞ prezidenti Donald Tramp özünün “Twitter”dəki səhifəsində bir gün ərzindəki paylaşımlarının miqdarına görə yeni şəxsi rekorda imza atıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ liderinin rəsmi bəyanatlarını izləyən “Factbase” portalı bildirib.

Yerli vaxtla saat 18:35-ə olan vəziyyət üzrə Tramp 142 paylaşım edib. Hesablamalara əsasən, o, hələ ki Davoseda Ümumdünya İqtisadi forumun iclaslarında idi, Tramp hər 88 saniyədə bir xəbər yerləşdirirdi.

O, əvvəlki rekorda 2019-cu ilin dekabrında imza atıb. ABŞ prezidenti həmin vaxt bir gün ərzində 123 xəbər paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru