Emmanuel Makron İsrail polisinin əməkdaşları ilə mübahisə edib - FOTO - VİDEO

23-01-2020, 08:29           
Emmanuel Makron İsrail polisinin əməkdaşları ilə mübahisə edib - FOTO - VİDEO
Fransa prezidenti Emmanuel Makron İsraildə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə mübahisə edib.

“Report”un məlumatına görə, bu barədə "Yediot Axronot" portalı bildirib.

Qeyd edilir ki, hadisə Qüdsün qədim hissəsində, Müqəddəs Anna bazilikasının girişində olub.

Sosial şəbəkələrdə yayılmış kadrlarda Makronun polis əməkdaşları ilə sərt danışığı və onlara çıxışı göstərməsi əks olunub. Məlum olub, asayiş keşikçiləri onunla birlikdə binaya daxil olmaq istəyiblər, bu isə Fransa liderinin narazılığına səbəb olub.

"Zəhmət olmasa əsrlərlə mövcud olan qaydalata hörmət edin necə onlar əsr var, onlar mənimlə dəyişməyəcəklər", - Makron deyib.

Fransa rəhbəri vurğulayıb ki, o, polisin işinə hörmət edir, ancaq başqa qaydalara da hörmət etməyi xahiş edir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru