İrəvanda Koçaryanın ofisi olan binada atışma: - bir neçə nəfər girov götürüldü

23-01-2020, 18:26           
 İrəvanda Koçaryanın ofisi olan binada atışma: - bir neçə nəfər girov götürüldü
Yerevandakı Respublika meydanının yaxınlığında yerləşən "Erebuni Plaza" biznes kompleksində atışma olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə binanın foyesindəki kafelərdən birində baş verib.

Daha sonra məlum olub ki, atəş açan şəxs bir neçə nəfəri girov götürüb. Xüsusi təyinatlı dəstə və təcili yardım maşınları hadisə yerinə gəlib. Polis kənar şəxsləri binaya buraxmayıb.



Xatırladaq ki, "Erebuni Plaza"da Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi yerləşir. Şahidlərin bildirdiyinə görə, atəş açan şəxs məhz eks-prezident Robert Koçaryanın ofisinin yerinin göstərilməsini tələb edib.

Hazırda xüsusi təyinatlı dəstələr biznes mərkəzində əməliyyat keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru