Avropa İttifaqı Rusiyanın 7 vəzifəli şəxsinə sanksiya tətbiq etdi –Krıma görə

29-01-2020, 00:00           
Avropa İttifaqı Rusiyanın 7 vəzifəli şəxsinə sanksiya tətbiq etdi –Krıma görə
Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən fəaliyyətlə məşğul olan Rusiyanın 7 vəzifəli şəxsinə sanksiya tətbiq edib.

Bu barədə Aİ Şurasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 8 sentyabr 2019-cu ildə Rusiyanın yerli seçkilərinin qeyri-qanuni ilhaq edilmiş Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində təşkil edilməsində və bu seçkilərə qatıldıqlarına görə 7 vəzifəli şəxsə sanksiya tətbiq edilib.

Qeyd olunub ki, həmin şəxslər Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən siyasəti fəal şəkildə dəstəkləyiblər.

Sanksiya tətbiq olunan şəxslərin siyahısına Sevastopol qubernatorunun səlahiyyətlərini icra edən Mixail Razvojaev, Krımın Baş Naziri Yuri Qotsanyuk, Sevastopol Qanun Məclisinin sədri Vladimir Nemtsev, Krımdan Federasiya Şurasının deputatı Yekaterina Albataeva, Krım və Sevastopolun seçki komissiyalarının üç rəhbəri daxil edilib.

Bununla da Aİ-nin sanksiyalar siyahısında daxil edilənlərin sayı 177-yə çatıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru