Kral Salman Bakını “xəlifə” Bağdadiyə qarşı koalisiyaya çağırır

15-12-2015, 14:34           
Kral Salman Bakını “xəlifə” Bağdadiyə qarşı koalisiyaya çağırır
Bu gün Səudiyyə Ərəbistanı elan edib ki, terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət koalisiya formalaşdırır.

Virtualaz.org saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi 34 ölkənin daxil olduğu antiterror koalisiyasının birgə bəyanatını yayıb.

Koalisiyaya Yaxın Şərq və Fars körfəzi ölkələri, habelə Malayziya, Pakistan, Türkiyə və bir sıra Afrika ölkələri daxildir. İran bu siyahıda yoxdur.

Yeni hərbi alyansın üzvləri bəyan edir ki, koalisiyanın lideri Səudiyyə Ərəbistanıdır və ər-Riyadda birg operatv hərbi qərargah yaradılır. Qərargah terrora qarşı birgə mübarizəni koordinasya etməli və dəstəkləməlidir.

Koalisiya “İslam xalqlarını terror bəlasından” müdafiə etmək üçün tam qətiyyətli olduqlarını, islam adından istifadə edən terrorçuların ölüm saçdığını, günahsız insanları qətlə yetirdiyini, insanların əmlakını taladıqlarını bildirir.

Səudiyyə Ərəbistanının müdafiə naziri Muhammed bin Salman əl-Səud yeni yaradılan koalisiya terrora qarşı mübarizə aparan bütün qüvvələrlə əməkdaşlıq edəcəyini bildirib.

Həmçinin koalisiya təkcə “İslam Dövləti”inə qarşı deyil, istənilən terror qruplaşmasına qarşı döyüşəcəyini bəyan edir.

Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib. Bu barədə Səudiyyə xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında aparılmış telefon danışığı zamanı söhbət gedib.

Məlumatı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. H.Hacıyev APA-ya açıqlamasında deyib ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı islam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.

XİN rəsmisi bildirib ki, Azərbaycan qanunlarına görə hansısa koalisiyada iştirak ölkədaxili prosedurların tələblərinə əsasən nəzərdən keçirilməlidir. H.Hacıyev hazırda bu məsələnin nəzərdən keçirildiyini deyib.

“Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorun istəniln formasını qəti şəkildə pisləyir”-o bildirib.

Xatırladaq ki, hazırda İŞİD-ə qarşı iki koalisiya döyüşür. Onlardan biri ABŞ-ın başçılıq etdiyi, bir neçə Qərb və ərəb ölkəsinin qoşulduğu koalisiyadır. Digər koalisiyaya isə Rusiya başçılıq edir, bu koalisiyanın passiv iştiraçıları İran və İraqdır. Azərbaycan da Rusiya döyüş təyyarələrinin Suriyaya uçması üçün hava dəhlizi verməklə bu koalisiyaya yardım etmiş olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.