“Biz artıq vaksini yaratdıq…” –Honkonq alimləri koronavirusa qarşı dərman hazırlayıb

29-01-2020, 00:27           
“Biz artıq vaksini yaratdıq…” –Honkonq alimləri koronavirusa qarşı dərman hazırlayıb
Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.

Bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.

“Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək”, – professor Yuen Kvok-Yunq bildirib.

Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru