Britaniyada benzin, dizel və hibrid mühərrikli avtomobillərin satışı qadağan edilə bilər

4-02-2020, 08:41           
Britaniyada benzin, dizel və hibrid mühərrikli avtomobillərin satışı qadağan edilə bilər
Böyük Britaniyada 2035-ci ilə qədər benzin və dizel mühərrikləri olan yeni avtomobillərin satışı qadağan edilə bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun dəftərxanası tərəfindən yayılmış xəbərdə bildirilir.

Bu siyahıya həmçinin hibrid mühərrikli avtomobillər də daxildir. Qeyd olunub ki, əsas məqsəd avtomobillər tərəfindən havaya atılan zərərli tullantıların miqdarının azaldılmasıdır.

Bundan əvvəl, Böyük Britaniyada bu qadağanın 5 il sonra, 2040-cı ildə tətbiq ediləcəyi xəbəri yayılmışdı və hibrid avtomobillərin satışının qadağan edilməsi də gündəmdə deyildi.

Bildirilib ki, bu cür tədbirlərdən istifadə edərək, London 2050-ci ilə qədər istixana qazı tullantılarını sıfıra endirərək dünyanın ən sərt ekoloji qanunlarından birini həyata keçirmək niyyətindədir.

Müvafiq qanunvericilik təşəbbüsü ötən ilin iyun ayında ölkə parlamentinə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru