Savaş təhlükəsi artır: Ağır nəticələri olacaq

10-02-2020, 09:30           
Savaş təhlükəsi artır: Ağır nəticələri olacaq
İsrail Qəzzaya yeni bir əməliyyat təşkil etsə, bunun ağır nəticələrini görəcək.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

Bəyanatda İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzada əməliyyat keçirməklə bağlı sözlərinə sərt reaksiya verilib:

"Bu təhdidlər bizi qorxutmur. Əksinə, Qəzzadakı mübariz qruplar arasında birliyi daha da qüvvətləndirir".

İslami-Cihad qruplaşması isə İsraildən gələn istənilən hücuma cavab verəcəklərini açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl İsrail Baş naziri B.Netanyahu Qəzzada hərbi əməliyyata başlamaq planını nəzərdə keçirdiklərini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.