ABŞ-da seçkilərin ilkin nəticələri bəlli oldu - Trampa gözlənilməz rəqib

4-03-2020, 11:21           
ABŞ-da seçkilərin ilkin nəticələri bəlli oldu - Trampa gözlənilməz rəqib
ABŞ-ın 14 ştatında keçirilən erkən prezident seçkilərində sabiq vitse-prezident Co Bayden üstünlük qazanıb.

Publika.az xəbər verir ki, Virciniya, Alabama, Oklohama, Şimali Karolina, Arkanzas, Minnesota, Tennesi, Massaçusets ştatlarında liderlik Baydendə olub.

Bu ana qədər nəticələri açıqlanan 11 ştatın qalan 3-də isə Berni Sanders seçicilərin etimadını qazanıb.

Səs sayılması prosesi davam edən Kaliforniya və Texas ştatlarının nəticələri başabaş getdiyi üçün maraqla gözlənilir.

Qeyd edək ki, ABŞ-da “super çərşənbə axşamı” adlandırılan erkən seçkilər nəticəsində Respublikaçılar Partiyasının namizədi Donald Trampın 3 noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasından irəli sürüləcək rəqibi müəyyən olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru